XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2021 - 10:44

10 ton at və ölü mal əti satanlar saxlanılıb –FOTO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, əməliyyat zamanı Salyan rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü at və iri buynuzlu heyvan ətlərinin satışı ilə məşğul olan şəxslər ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.

Toplanmış əməliyyat materialları əsasında müəyyən edilib ki, Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Kərimov həmyerlisi Davud Əhmədovla birgə ölmüş at və iri buynuzlu mal ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, emalı və satışı ilə məşğul olub. Bu məqsədlə Elçin Kərimov Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli və digər ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq özünə məxsus fermada toplayıb. Daha sonra orada adları çəkilən şəxslər tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin və digər ətlərin sümükləri ayrılandan sonra mal əti adı ilə Elçin Kərimov tərəfindən Bakı şəhərində satılıb.