XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2021 - 17:56

Füzulidə mülki şəxslər minaya düşdü –Ölən və yaralılar var

Füzuli rayonunda mülki şəxslər minaya düşüb.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlindən (ANAMA) məlumat verilib.

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs, kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşmüş, 1-i yerində həlak olmuş, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.