XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2021 - 13:32

Hulusi Akar:“Türkiyə PUA istehsalında aparıcı mövqeyə malikdir”

“Almaniya ilə Türkiyə Silahlı Qüvvələrinin ehtiyacı olan müxtəlif silah sistemləri, ləvazimat və ehtiyat hissələri məsələsində çox sıx əməkdaşlığımız var”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, qarşıdakı vaxtlarda bu çərçivədə müsbət irəliləyişlər gözlənilir.

Nazir qeyd edib ki, Türkiyə PUA istehsalında aparıcı mövqeyə malikdir.

“PUA-lar da daxil olmaqla, bir çox məsələdə əməkdaşlığımızı davam etdirə bilərik”, – deyə türkiyəli nazir vurğulayıb.