XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2021 - 09:34

Daha iki rayona polis rəisi təyin edilib –ƏMR

Masallı və Tovuz rayonlarına yeni polis rəisləri təyin edilib.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmrlər imzalayıb.

Əmrə əsasən, Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev tutduğu vəzifədən azad edilərək Masallı rayon Polis Şöbəsinə rəis təyin edilib.

Masallının sabiq polis rəisi Habil Əmiraslanov isə Tovuz rayon Polis Şöbəsinə rəis təyin edilib.