XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2021 - 18:45

AQTA:Rusiyaya almanın ixracı ilə bağlı müzakirələr davam etdirilir

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan alma məhsuluna tətbiq edilən məhdudiyyətlərin tam aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər davam etdirilir.

AQTA-dan verilən xəbərə görə, ölkəmizdə fəaliyyət göstərən bitkiçilik təsərrüfatlarında, həmçinin Rusiyaya alma tədarükü ilə məşğul olan müəssisələrdə mütəmadi olaraq monitorinqlər aparılır, eyni zamanda bitki mühafizəsi tədbirləri həyata keçirilir.

Həmin təsərrüfatlarda həyata keçirilən sağlamlaşdırma tədbirləri nəticəsində Rusiya Federasiyasına alma məhsullarının ixracına mərhələli şəklində icazələrin verilməsi ilə bağlı hazırda AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır.