XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2021 - 22:23

Türkiyə Azərbaycana 20 ədəd minatəmizləyən maşın göndərib- FOTO
Türkiyə Azərbaycana 20 ədəd mexaniki minatəmizləyən maşın göndərib.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat verilib.
“Nazirliyimizin tabeliyində olan ASFAT AŞ tərəfindən istehsal olunan 20 MEMATT (mexaniki minatəmizləyən maşın) qardaş ölkə Azərbaycana ixrac edirik. İlk tədarük dəsti Kayseridən yola düşən Hava Quvvələrimizə məxsus təyyarə ilə Bakıya göndərilir”,  – deyə qeyd olunub.