Rəhman Tofiq oğlu Hacıyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, Rəhman Hacıyev “1news.az” saytının Baş redaktorudur, 2020-ci ildə Prezidentin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adı alıb.