XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2021 - 09:00

Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib –BNA

Gecə saatlarından başlayaraq paytaxtda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Bu barədəBakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

“Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə ehtiyatlı olmalarını, meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini tövsiyə edirik”, – deyə BNA sürücülərə müraciətində bildirib.