XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2021 - 10:48

Allahverdi Bağırovun məzarı belə olacaq –FOTO

Allahverdi Bağırovun məzarı bərpa olunacaq.

Trend-in məlumatına görə, Milli Qəhrəmanın Ağdamda yerləşən qəbri üzərində məzar kompleksi inşa ediləcək.

Xatırladaq ki, Allahverdi Bağırov 1992-ci ilin 14 iyununda minaya düşərək şəhid olub. Həmin vaxt Allahverdi Bağırov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Müharibə vaxtı Bağırovun məzarının üzərinə beton tökülsə də, ona başdaşı qoyulmamışdı.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Ağdam işğaldan azad olundu və Allahverdi Bağırovun yadiğarı iki qızı 27 il sonra atalarının məzarını ziyarət etmişdilər.