XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2021 - 12:26

Dumanlı hava şəraiti davam edəcək –ETSN

“Bakıda və Abşeron yarımadasında gecə və gündüz  saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan inversiya qatı əmələ gəlib”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki,  Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-şərq küləyi nəticəsində Abşeron yarımadasına daxil olub və dumanın əmələ gəlməsinə şərait yaranıb: “Fevralın 6-sı gündüzədək fasilələrlə duman olacağı proqnozlaşdırılır”.