XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2021 - 22:51

Coğrafiya İnstitutu:Azərbaycanın su ehtiyatlarının yenidən qiymətləndirilməsi vacibdir

“Su problemi milli sərhədləri aşaraq qlobal problemə çevrilib”.

Bunu Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin aparıcı elmi işçisi Ziyafət Ağayev  “Su ehtiyatlarından səmərəli istifadənin təmin  edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na əsasən su ehtiyatlarına dair məlumatların “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiyası üçün yaradılmış işçi qrupun video konfransında deyib. O, ölkənin su ehtiyatlarının son onilliklərdə təbii və antropogen amillərin təsiri nəticəsində getdikcə azaldığını və problemin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin vacibliyini bildirib: “Onsuz da az olan su ehtiyatlarımızın 2/3 hissəsinin transsərhəd çaylar hesabına formalaşması məhdudiyyət yaratmaqla yanaşı, qlobal iqlim dəyişmələrinin regional təzahürləri, sudan istifadənin kəskin artması bu problemi daha da kəskinləşdirib. Bu isə respublikamızın ərazisində su obyektlərinin rejiminə ciddi təsir göstərib, su ehtiyatlarının formalaşmasını və onlardan  istifadəni çətinləşdirməklə su təminatını pisləşdirib. Ona görə də Azərbaycanın su ehtiyatlarının yenidən qiymətləndirilməsi və onları modelləşdirməklə inventarlaşdırılması vacibdir”.