XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2021 - 18:27

“Azəriqaz”:paytaxtın 2 rayonunda 21 min abonentin problemi həll edilir

Abonentlərin təbii qaza olan tələbatını fasiləsiz, dayanıqlı və təhlükəsiz şəkildə təmin etmək məqsədi ilə paytaxtın müxtəlif ərazilərində “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən istismar müddəti başa çatan qaz xətlərinin yenilənməsi işləri həyata keçirilir.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Bakının Xətai rayonunun Xudu Məmmədov və Məhəmməd Hadi küçələrinin kəsişməsində vaxtilə polad boru ilə çəkilmiş qaz xətti diametri 315 mm olan polietilen boru ilə əvəzlənir. 250 metr uzunluğunda çəkilən yeni qaz xətti hazır olduqdan sonra 15 min abonentin qaz təchizatı normal şəkildə tənzimlənəcək.

6 min abonentin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə təmir işləri Nərimanov rayonunda da davam edir. Yusif Vəzir Çəmənzəminli küçəsində istismar müddətini başa vurmuş diametri 325 mm olan polad boru ilə çəkilən yeraltı qaz xətti 650 metr uzunluğunda diametri 315 mm-lik polietilen boru ilə dəyişilir. Təmir işləri gedən ərazilərə çox sayda maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub. İşlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulub.