XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2021 - 20:48

Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub –Seysmoloji Xidmət Mərkəzi

Bu gün yerli vaxtla saat 19:36-da Ermənistanda Göyçə gölünün yanında baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında – Qazax,Tovuz, Gədəbəy,Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

***

Ermənistanda Göyçə gölünün yaxınlığında yerli vaxtla saat 19:35-də zəlzələ qeydə alınıb.

Bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 5.2 bal gücündə baş verən zəlzələnin episentri Gürcüstanla sərhəddən 81 kilometr aralıda, Azərbaycanla sərhəddə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Qeyd edək ki, zəlzələ Azərbaycanın qərb bölgələrində və Gürcüstanda da hiss edilib.