XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Fevral 2021 - 13:02

ÜST:"Koronavirusun yayılması səngiyir"

Koronavirusun dünya boyu yayılma sürəti azalır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə proqramındakı COVID-19-a qarşı texniki heyətinin rəhbəri Maria van Kerxove bildirib.

Buna daha çox peyvəndləmə və virusun ötürmə zəncirlərini pozan başqa tədbirlərlə nail olunduğunu vurğulayan ekspert yoluxmaların azaldığı ölkələri də karantin tədbirlərinə ciddi nəzarət etməyə çağırıb.

Bundan əvvəl ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus da peyvənd olunanların yoluxanları sayca üstələdiyini açıqlamışdı: “Bir tərəfdən bu qədər qısa müddət ərzində möhtəşəm nailiyyətdir. Digər tərəfdən bu peyvəndləmənin dörddə üçü dünya ÜDM-nin 60 faizinin cəmləşdiyi 10 ölkənin payına düşür”.

Təşkilat rəhbəri əhalinin daha həssas hissəsini və tibb işçilərini peyvənddən keçirən ölkələrə üzünü tutaraq onları kütləvi peyvəndə başlamazdan əvvəl dərmanların qalıqlarını başqa ölkələrlə bölüşməyə bir daha çağırıb.