XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2021 - 19:12

Əfqanıstan səfiri:"Cəbrayılda insanların məzarlarını qazıblar, sümüklərini çıxarıblar"

“Cəbrayılda gördüyümüz mənzərə çox üzücü və dəhşətlidir”.

“Report”un işğaldan azad olunan ərazilərə ezam olunan müxbirinin verdiyi xəbərə görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə Xudafərin körpüsünü ziyarət zamanı deyib.

“Cəbrayıla səfərimiz zamanı gördük ki, insanların məzarlarını qazıblar, sümüklərini çıxarıblar. Bu, insanlıqdan kənar hərəkətdir”,- səfir bildirib.