XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Fevral 2021 - 11:16

Rusiya sülhməramlıları Kəlbəcərə tikinti materialları çatdırıb –VİDEO

Rusiya Humanitar Yardım Mərkəzi Kəlbəcər rayonuna tikinti materialları çatdırıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kəlbəcərdəki sosial obyektlərin və yaşayış binalarının elektrik və su təchizatı sistemlərinin bərpası üçün 20 hərbi maşın və onu müşayiət edən beş texnikadan ibarət Humanitar Yardım Mərkəzinin ikinci karvanı Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı çatdırıb.

Konvoy Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçib.

Bu yardım ötən il noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında göstərilib. (apa)