XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2021 - 14:07

“Azərbaycanda məişət zorakılığına qarşı mübarizə üzrə fəaliyyət planının qəbulu çox yaxşıdır” –Britaniyalı nazir

“Bu gün Bakıda qadın hüquqlarını təşviq və qadınların perspektivlərinin hər səviyyədə eşidilməsini təmin etmək üçün nazirlər, millət vəkilləri və fəallarla birlikdə müzakirələr aparıram. Azərbaycanda qadınların ümumi seçki hüququnu Birləşmiş Krallıqdan 9 il əvvəl əldə etməsi möhtəşəmdir, lakin bərabərliyə nail olmaq üçün görüləsi işlər hələ də çoxdur”.

Bunu Azərbaycanda səfərdə olan Britaniyanın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Morton “Twitter”də bildirib.

O əlavə edib ki, bu gün qadın sığınacağına baş çəkərək məişət zorakılığından xilas olanlarla görüşüb, onların hekayələrini dinləyib.

“Gender əsaslı zorakılıq dünyanın çox böyük problemidir. Azərbaycanda məişət zorakılığına qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının qəbul olunması çox yaxşıdır. Mən Azərbaycanın ən qısa zamanda İstanbul Konvensiyasını imzalamasını qətiyyətlə tövsiyə edirəm”, – deyə Vendi Morton qeyd edib.