XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Fevral 2021 - 14:16

AQTA yoxlama keçirib –Bir sıra nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanında yerləşən “Sabko” MMC-yə məxsus anbarda yoxlama keçirilib.

AQTA-dan verilən məlumata görə, keçirilən yoxlama zamanı məhsulların saxlanma qaydaları və temperatur rejiminin kobud şəkildə pozulduğu  məlum olub. Belə ki, müəssisənin dondurucu və soyuducu kamerasında, rəflərdə məhsulların açıq vəziyyətdə, mal qonşuluğu qaydalarına, saxlanma temperaturuna riayət olunmadan, qida və qeyri-qida məhsularının eyni sahədə yanaşı saxlanıldığı və istifadə müddəti bitmiş məhsullar aşkarlanıb. Eyni zamanda, içkilərin saxlanma sahəsində divarın tamlığının pozulduğu, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq mənşəyi məlum olmayan və istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.