XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Fevral 2021 - 17:43

General Vəhidi:“İranı Qafqaz bölgəsində məhdudlaşdırmağa çalışırlar”

“Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi bölgədə baş vermiş mühüm bir hadisədir”.

Strateq.az “IRIB”-ə istinadla xəbər verir ki, bunu İranın Ali Milli Müdafiə Universitetinin rəhbəri general Əhməd Vəhidi bildirib.

O, Qafqaz bölgəsindəki son proseslərə toxunaraq deyib: “Bu gün nüfuz mübarizəsi bütün dünyada, xüsusən, bölgəmizdə gedir. Məsələn, Rusiya Orta Asiyada uzun müddətdir mövcud olan bir ölkədir. İndi Türkiyə bu bölgədə möhkəmlənməyə səy göstərir və İsrail Orta Asiyada özünə yer tapmağa çalışır. Əlbəttə, ABŞ da bölgədə yeni bir geosiyasi mövqe axtarır”.

General Vəhidi İranın bölgədəki rolunu “təsirli” adlandırıb.

“Qafqazda Ermənistanın işğal etdiyi ərazilərin azad edilməsi bölgədə baş verən mühüm bir inkişafdır. Əlbəttə, bəzi ölkələr Azərbaycan xalqının bu təbii hüququndan sui-istifadə etməyə, bu dalğada Azərbaycan Respublikasına hakim olmağa çalışırlar. Ancaq bu torpaqların əsl sahiblərinə çatmasından da məmnunuq”, – iranlı hərbçi deyib.

Generalın sözlərinə görə, bölgədəki enerji geosiyasəti İranı məhdudlaşdırmaq üçün dizayn edilib. “Xəzər dənizində də İranın minimal rejimə sahib olması üçün şərait yaratmağa çalışırlar”.