XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Fevral 2021 - 22:27

DİN 11 yaşlı azərbaycanlı qızın nişanlanması ilə bağlı istintaq başladıb –Gürcüstanda

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində 11 yaşlı azərbaycanlı qızın nişanlanması ilə bağlı sosial şəbəkələrdə yayılan video ilə əlaqədar istintaqa başlayıb.

Bu barədə DİN-in məlumatına bildirilib.

Qeyd olunub ki, istintaqda Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanın evlənməyə məcbur edilməsini nəzərdə tutan maddə ilə başladılıb.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Yeniyetmələrlə İş üzrə Baş İdarəsi müvafiq video yayıldıqdan dərhal sonra reaksiya verib və Gürcüstan Cinayət Məcəlləsinin azyaşlının evlənməyə məcbur edilməsini nəzərdə tutan 150-ci maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən istintaqa başlayıb. Yayılan video materialda qeyd olunan cinayət hallarının müəyyənləşdirilməsi məqsədi ilə bütün müvafiq istintaq və prosessual tədbirlər aparılır”, – deyə məlumatda bildirilib. (apa)