XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Fevral 2021 - 23:59

Ermənistanın müharibədəki itkin hərbçilərinin 1 367-sinin öldüyü məlum oldu –KİV

Ermənilərin Füzuli rayonunda apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 2 hərbçisinin meyiti aşkarlanıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, meyitlərin şəxsiyyəti hələ məlum deyil. Bu səbəbdən də meyitlər məhkəmə-tibbi ekspertizadan keçiriləcək.

Qeyd edilir ki, bununla da Qarabağda meyitləri tapılan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 367-yə çatıb. (report)