XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2021 - 09:30

ABŞ-ın yeni dövlət katibi Trampın Çinə qarşı siyasətini necə qiymətləndirir?- Açıqlama

ABŞ dövlət katibi Entoni Blinken keçmiş prezident Donald Trampın Çinə qarşı siyasətini doğru hesab etdiyini bildirib.

APA xəbər verir ki, Amerika diplomatiyasının rəhbəri bunu “CNN” telekanalının efirində açıqlama verərkən qeyd edib.

“Prezident Trampa haqq verərək deməliyəm ki, Çinlə münasibətdə daha sərt bir mövqe tutmaqda doğru addım atıb. Bu, düzgün taktika idi, baxmayaraq ki, o, bunu tətbiq edərkən hüduddan çox kənara çıxıb. Ancaq əsas prinsip etibarilə doğru idi”, – dövlət katibi belə deyib.