XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2021 - 12:54

General:"Müharibənin ilk günü artilleriya bölmələri düşmənin 500-ə qədər hədəfini məhv edib"

Vətən müharibəsində düşməni böyük itkiyə məruz qoyaraq qələbə qazanan Azərbaycan Ordusunun artilleriya bölmələri döyüşün ilk günü kütləvi atəş zərbələri ilə düşmənin 500-ə qədər hədəfini məhv edib.  

APA xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov deyib.

O bildirib ki, Vətən müharibəsi dövründə təkcə artilleriya qoşunları tərəfindən düşmənin 380-dən çox artilleriya qüvvələri məhv edilib: “Şuşa şəhərinin işğaldan azad olunmasına və qələbəyə aparan, təhlükəli, keçilməsi xüsusi peşəkarlıq tələb edən dağ meşə-yolundan müvəffəqiyyətlə keçən özüyeriyən və reaktiv qurğular bölmələrimizin atəş dəstəyini təmin edib”.  

Komandan qeyd edib ki, əməliyyat, taktiki raket və reaktiv artilleriya divizionları kimi uzaqmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları pozulub və məğlub olublar.