XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2021 - 14:30

“Qaçqınkom”dan yataqxana otaqlarının satışa çıxarılması ilə bağlı məlumatlara- Reaksiya

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) Bakıda yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqların satışa çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat xidmətindən “Report”a bildirilib ki, Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə məlumatlar yayılıb:

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bununla əlaqədar olaraq bildirir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanalarn dövlət komitəsinə heç bir aidiyyatı yoxdur”.