XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2021 - 14:12

Azərbaycan Ordusu döyüş hazırlığını davam etdirir- RƏSMİ

“Vətən müharibəsi başa çatdıqdan sonra müdafiə naziri tərəfindən təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq hazırda daimi dislokasiya məntəqələrində və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusu yerləşərək döyüş hazırlığı ilə məşğul olur”.

“Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

Onun sözlərinə görə, artilleriya qoşunları da eyni qaydada döyüş hazırlığı ilə məşğul olur: “Qoşunlar yüksək texnoloji silahları mənimsəyir. Şəxsi heyətə həmin silahlar praktiki şəkildə öyrədilir”.