XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2021 - 17:30

Rusiyanın Yerevandakı səfirliyinin qarşısında aksiya keçirilib –Qarabağda itkin düşən 40 hərbçi ilə bağlı

Oğulları və yaxınları itkin düşənlərin qohumları Rusiyanın Yerevandakı səfirliyinin binası qarşısında səfir Sergey Kopırkinə məktub vermək məqsədilə aksiya keçiriblər.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, binanın qarşısına Eçmiədzində yerləşən kimyəvi silahlardan müdafiə tağımının 40 hərbçisinin qohumları toplaşıb. Məlumata görə, 44 günlük döyüşlər zamanı Ermənistan hakimiyyəti onları işğal altında saxladığı Azərbaycanın Zəngilan rayonu ərazisinə yerləşdirib.

Həmin hərbçilərdən hələ də xəbər yoxdur.

Valideynləri və qohumları iddia edirlər ki, övladları sağdır və əsir düşüblər/Report.