XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Fevral 2021 - 23:21

ABŞ Myanmada çevriliş edən hərbçilərə qarşı sanksiya tətbiq edəcək- Baydendən açıqlama

ABŞ prezidenti Co Bayden Mayanmada dövlət çevrilişi edən hərbçilərə qarşı sanksiyaların tətbiqinə imkan verən sərəncamı imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Baydenin özü bəyan edib.

“Hökumət generalların Birma fondlarına məxsus və ABŞ-da saxlanılan 1 milyard dollar vəsaitə giriş əldə etmələrinin qarşısını almaq üçün addımlar atır. Və bu gün çevrilişi həyata keçirən hərbi rəhbərlərə, habelə onların iş ortaqlarına və ailə üzvlərinə dərhal sanksiya tətbiq etməyimizə imkan verən sərəncamı təsdiq etdim”-deyə, o bildirib.