XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 22:01

İdarə rəisi:"Vətəndaşlar prokurorluğa mobil qaydada müraciət edə biləcəklər"

“Yeni yaradılan mobil tətbiqetmə vasitəsilə vətəndaşlar prokurorluğa müraciət edə bilərlər”.

Bu barədə Baş Prokurorluğun Kriminalistika və informasiya idarəsinin rəisi Murad Dadaşov məlumat verib.

O qeyd edib ki, məqsəd COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün təmasın azaldılmasıdır.

Bildirib ki, həmçinin tətbiq vasitəsilə vətəndaşlar etdikləri müraciətlərin araşdırılması barədə onlayn qaydada məlumat ala biləcəklər.