XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Aprel 2016 - 10:51

Dünya nəhənglərinin hərbi xərcləri- Kim nə qədər vəsait ayırıb? (SİYAHI)

herbi

Ötən il dünya ölkələrinin hərbi xərcləri son 4 ilin ən yüksək səviyyəsinə qalxıb. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Stokholm Araşdırmalar İnstitutunun (SIPRI) bu gün dərc olunan təhqiqatında yer alıb.

Təhqiqata görə, ötən il dövlətlər öz silahlı qüvvələrinə 1,7 trilyon dollar xərcləyiblər ki, bu da bir il əvvəllə müqayisədə 1 faiz daha çoxdur. 

Reytinqin birincisi ABŞ-dır. Ötən il Birləşmiş Ştatların hərbi büdcəsi 595 milyard dollar olub. İkinci yerdə Çin gəlir. 2015-də ölkənin hərbi büdcəsi 215 milyard dollar olub. Daha sonra ardıcıllıqla Səudiyyə Ərəbistanı (87 milyard), Rusiya (66 milyard) və Almaniya (39 milyard) gəlir. 

Ekspertlərin fikrincə, dövlətlər ötən illər ərzində hərbi büdcələrində etdikləri ixtisarlara 2015-də nöqtə qoyublar:

«Avropa və Şimali Amerika ölkələri 2009-cu ildə başlayan qlobal iqtisadi böhranla əlaqədar hərbi xərcləri azaltmışdılar. 2015-dən etibarən buna son qoyuldu. ABŞ Konqresi də hərbi büdcəni bütün mümkün ixtisarlardan qorumaq barədə tələb irəli sürüb. Avropa dövlətləri, xüsusən də  Rusiya və Ukrayna ilə sərhədləri olanlar artıq öz hərbi xərclərini artırıblar».