XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 11:40

Dövlət Toxum Fonduna yeni sədr təyin olunub –KTN-də daha bir dəyişiklik

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fonduna yeni sədr təyin olunub.

Məlumata görə, bu vəzifə Sərxan Sərxanova həvalə edilib.

O, bundan əvvəl nazirliyə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktor müavini, “Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin üzvü olub və yeni vəzifəsində Emin Əliyevi əvəz edib.

S.Sərxanov Odlar Yurdu Universitetində “Maliyyə”, Moskvadakı Rusiya Dövlət Sosial Universitetində isə “Maliyyə və Kredit” ixtisasları üzrə bakalavr dərəcəsi, İspaniyadakı OBS Biznes Məktəbində və Barselona Universitetində isə “Beynəlxalq ticarət və beynəlxalq biznes menecmenti” ixtisası üzrə magistratura dərəcəsi alıb/Report.