XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Aprel 2016 - 11:41

Offşor qalmaqalı: baş nazir əleyhinə nəhəng aksiya(FOTOLAR, VİDEO)

İslandiyada baş nazir Siqmyundyur David Qyunnleyqssonun istefası tələbilə nəhəng mitinq keçirilib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, müxalifətin təşkil etdiyi aksiya parlament binasının önündə baş tutub.
Minlərlə paytaxt sakini etiraza qoşularaq offşor zonalarda şirkət quran Qyunnleyqssonun baş nazir postunu tutmağa haqqının olmadığını bildirib.

Xatırladaq ki, offşorlarla bağlı açıqlanan «Panama sənədləri»ndə İslandiya baş nazirinin də adı adı keçir. Həmin sənədlərə görə, offşor zonada fəaliyyət göstərən «Wintris» şirkəti ona məxsusdur. 

Baş nazir özü isə həmin şirkətin İrlandiya vergi xidməti tərəfindən yoxlanıldığını deyərək bu məsələyə görə vəzifədən getmək fikrində olmadığını bəyan edib. 

İslandiya müxalifəti Qyunnleyqssonun istefasını və ölkədə növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Artıq 23 min nəfər baş nazirin istefası ilə bağlı petisiyanı imzalayıb. 

https://www.youtube.com/watch?v=_6OfhgkUnZA