XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Fevral 2021 - 17:56

3 adda baytarlıq preparatı dövlət qeydiyyatına alınıb –AQTA

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir.

AQTA-dan verilən məlumata görə, fevralın 8-11-i tarixlərində AQTA tərəfindən ümumilikdə 3 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatlarından 2 ədədi Almaniya, 1 ədədi isə İordaniya istehsalıdır.

İstehsalçı ölkə İstehsalçı şirkət Baytarlıq preparatı
1 İordaniya Shafaq İndustrial Company for Veterinary Drugs& Feed Additives (Shafavet) “Shafa Levozan” suspenziya
2 Almaniya Stockmeier Chemie GmbH&Co.KG Lerasept Vet 300
3 Almaniya Stockmeier Chemie GmbH&Co.KG Lerapur SR 115