XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 April 2016 - 12:06

700 bal toplayan evin tək oğlu şəhid oldu – FOTOLAR

tek ogul

Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Zəngilan rayon sakini Naftalan rayonundan hərbi xidmətə çağırılan Orucov Müşfiq Arif oğlu şəhid olub.

 

Bu barədə AzVision.az-a Zəngilan rayon icra nümayəndəsi Rəhimov Murad Fərəc oğlu məlumat verib. 

 

Onun sözlərinə görə, Müşfiq Orucovun hərbi xidmətini başa vurmağa cəmi iki ayı qalıbmış. Ermənilərlə döyüşdə qəhrəmancasına həlak olub. 

 

Həmçinin o yüksək balla universitetə daxil olub: “Hazırda şəhidin dəfn mərasimi keçirilir. O, bizim fəxrimizdir. Müşfiq 700 bal toplayaraq universitetə daxil olmuşdu. O, texniki sahədə təhsil alıb və daha sonra hərbi xidmətə yollanmışdı. Evin tək oğlu idi”.