XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Fevral 2021 - 23:15

Ceyhun Bayramov Mövlud Çavuşoğlunu təbrik edib –Dənizçilərin azad edilməsinə görə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nigeriyalı dəniz quldurlarının girov götürdüyü dənizçilərin azad edilməsi münasibəti ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlunu təbrik edib.

Bu barədə C.Bayramov özünün “Twitter” səhifəsində yazıb.

“Dəniz quldurlarının hücumuna məruz qalan və əsir götürülən 15 Türkiyə vətəndaşının azad olunması xəbəri bizi çox sevindirdi. Türkiyəli qardaşlarımızı və onların ailələrini, habelə dənizçilərin azad olunmasında xüsusi əməyi olan qardaşım Mövlud Çavuşoğlunu ürəkdən təbrik edirəm”, – deyə paylaşımda qeyd olunub.