XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Fevral 2021 - 00:35

Hökumət sözçüsü: "Metronun açılıb-açılmayacağı ilə bağlı heç nə deyə bilmərəm"

Fevralın 1-dən etibarən ölkə ərazisində orta məktəblərdə ibtidai siniflər üçün tədris bərpa olunub. Fevralın 15-dən isə ali məktəblərdə praktik əyani təhsil alan tələbələrin, orta məktəblərdə isə 5-9-cu sinif şagirdlərinin tədris prosesi başlanacaq ki, bu da paytaxtda sərnişin sayını daha da artıracaq.

Problemin aradan qaldırılması üçün karantin rejiminin qaydalarına əməl etməklə metropolitenin fəaliyyətini bərpa etməsi məsələsi son günlər gündəmdən çıxmır.

Strateq.az xəbər verir ki, məsələ ilə bağlı Milli.az-a açıqlama verən Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib“Metronun açılıb-açılmayacağı ilə bağlı heç nə deyə bilmərəm. Mən rəsmi qərar olarsa, onu deyəcəm. Bu barədə hələlik heç bir şey deyə bilmərəm”.