XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

05 Aprel 2016 - 12:28

Qazaxıstan MDB-də islahatlar təklif edir:Ukraynadakı böhran, Qarabağ münaqişəsi müzakirə olunmalıdır

MDB-iclasi

Cümə günü Moskvada keçirilməsi nəzərdə tutulan MDB ölkələrinin XİN rəhbərləri Şurasının toplantısında əsas müzakirə mövzularından biri qurumda islahatlar aparılması olacaq.

Rusiyanın “Kommersant” qəzetinin əldə etdiyi məlumatlara görə, bu tşəbbüslə Qazaxıstan çıxış edib.

Hazırda MDB-yə sədrlik edən Qırğızıstan XİN-dən qəzetə bildiriblər ki, islahatlar zəruridir.  Bişkek islahatların tərəfdarıdır amma “ heç bir halda bu təşkilatın qəbirqazanı  olmayacaq”.

MDB-nin İcra Katibliyi isə bildirib ki,  təşkialtın işindəki bir sıra çatışmazlıqlar ondan asılı olmayan kənar amillərlə bağlıdır.

Qazaxıstan tərəfi rəsmi olaraq “Kommersant” qəzetinə islahatların detalları barədə məlumat verməyib. Bununla belə, Qazaxıstanın təklifləri barədə məlumatlı olan diplomatik mənbələr qeyd ediblər ki, Astana MDB-nin kompakt təşkilata çevrilməsini istəyir.  Qazaxlar hesab edirlər ki, MDB digər strukturların Avrasiya Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının funksiyalarını təkrarlamamalıdır. Təşkilata üzv 11 ölkə tərəfindən Ukraynadakı böhran, Qarabağ münaqişəsi kimi ağır egional problemlərin müzakirəsi üçün platformaya çevrilsin: “Hazırda mübahisələr olmaması üçün MDB-də bu cür problemli mövzular müzakirə olunmur.  Amma post-sovet məkanında MDB yeganə strukturdur ki, Rusiya və Ukrayna onun üzvləridir, Azərbaycan, Ermənistan nümayəndələri yanaşı əyləşirlər”.

Bundan başqa Qazaxıstanda MDB-nin sayı 70-ə yaxın olan sahəvi orqanların da ləğv olunmasını düzgün sayırlar.

Strateq.az