XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Fevral 2021 - 17:04

Prorektorla sektor müdiri İcra başçısının müavinləri təyin edilib –Gəncə İH-də dəyişiklik

Gəncə Şəhər İcra Hakimiyyətində iki yeni müavin təyinatı olub.

Strateq.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sərəncamı ilə Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin  müdiri vəzifəsinə, Adil Tağıyev isə Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.

Məlumatda bildirilib ki, Məhərrəmov Kamran Məhərrəm oğlu bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin İstehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində, Tağıyev Adil Arif oğlu isə Azərbaycan Texnologiya Universitetinin Təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışıb.

Hər iki müavin bu gün kollektivə təqdim edilib..