XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2021 - 10:56

“Başın sağ olsun, qardaş Türkiyə!” –Azərbaycan XİN Türkiyəyə baş sağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 13 mülki Türkiyə vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə əlaqədar qardaş ölkəyə başsağılğı verib.

Ceyhun Bayramov bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara qarşı törədilən terror aktını şiddətlə qınayırıq.

Başın sağ olsun, qardaş Türkiyə!” – nazir qeyd edib.