XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2021 - 15:13

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidentinə başsağlığı verib:"Terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını zəruri hesab edirik"

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Terror aktı nəticəsində günahsız Türkiyə vətəndaşlarının qətlə yetirilməsi xəbəri bizi son dərəcə kədərləndirdi. Biz bu amansız terror aktından olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını zəruri hesab edirik”.

Baş nazir faciə ilə əlaqədar Fuat Oktaya dərin hüznlə başsağlığı verib.