XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Fevral 2021 - 21:45

Türkiyənin iki millət vəkili haqqında araşdırma aparılır –PKK-ya dəstəklə bağlı

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) namizədliyi ilə seçilən 2 millət vəkili də daxil olmaqla bir qrup sosial media istifadəçisi haqqında araşdırmalara başlanılıb.

Ankara Baş Prokurorluğu həmin şəxslərin 13 Türkiyə vətəndaşını qətlə yetirən PKK terror təşkilatına sosial media vasitəsilə dəstək verilməsinə dair faktlar aşkarlayıb.

HDP millət vəkilləri Hüda Kaya ve Ömer Faruk Gergerlioğlunun daxil olduğu sosial media istifadəçiləri haqqında “əsir düşərgəsini Türkiyə bombaladı” və bu kimi təxribat yaradacaq paylaşımlara yol vermək, 6 il öncə qaçırılan 13 nəfərin şəkillərini paylaşmaq, Türkiyə dövləti və dövlətin qurumları haqqında aşağılayıcı ifadələr işlətmək kimi iddialar var. /APA