XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

05 Aprel 2016 - 13:20

Ermənilər mülkü əhalini hədəfə alıb: Tərtərdə 16 yaşlı kəlbəcərli qız öldürüldü –Baş Prokurorluq

prokurorluq.jpg

Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Həsənqaya kəndi növbəti dəfə düşmən atəşinə məruz qalıb.

Bu barədə Strateq.az-a Baş Prokurorluğun mətbuat xidmətindən rəsmi məlumat daxil olub.

Bildirilib ki, baş verənlərlə bağlı aprelin 5-də saat 11:00 radələrində Həsənqaya kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 2000-ci təvəllüdlü Həsənli Turanə Kamandar qızı yaşadığı evə atılmış mərminin partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alaraq, hadisə yerində vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.