XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Fevral 2021 - 10:28

“Təhsilin məzmunu dəyişikliyə məruz qalacaq” –Nazir

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsil sahəsində hər zaman ləng dəyişən məsələ təhsilin məzmunudur. Ən qədim “tədris planı”, yəni fənlər və onlara ayrılan saatlar 1960-cı ilin sonundan 2020-ci ilə qədər nəinki bizim ölkədə, eləcə də bütün dünyada bir o qədər də dəyişməyib”.

Bunu təhsil naziri Emin Əmrullayev “Real Tv”yə müsahibəsində deyib.

Nazir bildirib ki, bütün bu dəyişikliklər kifayət qədər müqavimətlə üzləşir:

“İnsanlar özlərinin keçmişinə qayıdıb “biz məktəbdə oxuyanda belə idi” deyib gələcək nəsli də elə öyrətmək istəyir. Biz qəbul etməliyik ki, bütün sahələrdə baş verən dəyişikliklər kimi təhsilin məzmunu da dəyişməyə məruz qalacaq. Sadəcə zamanında və düzgün dəyişiklik edilməlidir”.