Ermənilər dinc sakinləri hədəf götürərək mülki əhalinin kompakt yaşadığı ərazilərə artilerriya və ağır silahlardan atəş açmaqdan çəkinmirlər. Hətta məktəblər də hədəf götürülür. Bununla belə, təmas xətti yaxınlığında yerləşən kəndlərin sakinləri öz yurd-yuvalarını tərk etməyərək, əsil vətənpərvərlik nümunəsi, şücaət nümaiyş etdirirlər. TTV-nin çəkiliş qrupunun Ağdam kəndlərindən hazırladığı reportaj da bir daha bunu bütün dünyaya nümayiş etdirir. Strateq.az həmin reportajı təqdim edir: