XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2016 - 13:57

“78 milyon olaraq Azərbaycanın yanında olacağıq” –Davudoğlundan Ermənistana sərt xəbərdarlıq

davutoglu_ahmet_271215

Türkiyə baş naziri Əhməd Davudoğlu AK partiyasının qrup toplantısında Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənlərdən danışıb.

Davudoğlu bildirib ki, Türkiyə Ermənistanın hücumlarını yaxından təqib edir: "Dağlıq Qarabağda Ermənistanın hücumlarını yaxından təqib edirik və lənətləyirik. Azərbaycanın haqlı davasında dəstəyimizi bu gündən sonra da davam etdirəcəyik. Can Azərbaycanın işğal altındakı bütün torpaqları azad edilənə kimi biz də 78 milyon olaraq Azərbaycanın yanında olacağıq. Bütün dünya bilməlidir ki, Türkiyə Ermənistanın hücumları qarşısında can Azərbaycan ilə qiyamətə qədər çiyin-çiyinə olacaq”.