XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Fevral 2021 - 15:32

Hacıqabulda qanunsuz ov edən şəxs saxlanıldı –FOTO

Hacıqabul rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən rayon sakini Əkbər Eyvazov saxlanılıb.

Ondan “MR-155” markalı ov tüfəngi və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.