XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2021 - 20:10

Ərdoğan Baydenə çağırış edib:"FETÖ-nü də unutma”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni prezidenti Cozef Baydenə müraciət edib.

O, amerikalı həmkarını terrorçularla bağlı obyektiv mövqe tutmağa çağırıb.

“Separatçı terror təşkilatı 1984-cü ildən bəri 30 min mülki vətəndaşımızı qətlə yetirib. Bunların içində ana bətnindəki uşaqdan yaşlıyadək, fəhlədən müəllimədək, çobandan mollayadək – cəmiyyətin hər təbəqəsindən insanımız var. Dünyaya deyirik ki, gəlin bu alçaqların gerçək üzünü yaxşı görün. Cənab Bayden, sən də bunları yaxşı tanı. Amma bunları tanıyarkən FETÖ-nü də unutma”, – Ərdoğan vurğulayıb. (report)