XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2021 - 16:27

DİN narkotiklərdən istifadəyə qarşı maarifləndirici videoçarx hazırlayıb –VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Mətbuat Xidməti narkotik vasitələrin insanların həyat və sağlamlığına vurduğu zərərdən bəhs edən növbəti sosial çarx hazırlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bildiyiniz kimi müasir dünyanı narahat  edən  əsas problemlərdən biri də narkomaniyadır: “Bu bəlaya düçar olan şəxslərin həyatları əksər hallarda faciə ilə  sonlanır. Bu  səbəbdən hər bir ölkə narkomaniyanın qarşısının alınması üçün çox ciddi profilaktik tədbirlər görməli, lazımi izahat işi aparmalı, narkomaniyanın cəmiyyət üçün nə qədər  təhlükəli  olduğunu nümayiş etdirməlidir”.