XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2021 - 17:15

Milli Məclis sədrinin köməkçilərinin sayı azalıb –Yeni yaradılan şöbəyə təyinat olub

Milli Məclisdə yeni kadr təyinatları olub.

Sahibə Qafarovanın müvafiq əmri ilə Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyev vəzifəsindən azad edilib.

Bununla da Milli Məclis sədrinin köməkçilərinin sayı 4-dən 3-ə enib.

S.Qafarovanın daha bir əmri ilə isə Mehdi Dünyamalı oğlu Qurbanov Milli Məclis Aparatında yeni yaradılan Sosial qanunvericilik şöbəsinə müdir müavini təyin edilib.

Xatırladaq ki, F.Hacıyev Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri təyin edilib. (report)