XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2016 - 14:29

Müdafiə Nazirliyindən mətbuat nümayəndələrinə müraciət:"Ermənistan KİV-nin yaydığı məlumatlardan istifadə etməyin!"

Müdafiə Nazirliyi

Ermənistan kütləvi informasiya vasitələrində cəbhəboyu zonada baş verən hadisələrlə bağlı bir-birinin ardınca yalan məlumatlar yayılmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, cəbhədə baş verən hadisələr haqqında mütəmadi olaraq nazirliyin rəsmi internet səhifəsində məlumatlar yerləşdirilir: "Ermənistan KİV-nin yaydığı məlumatlardan istifadə etməməyi tövsiyə edirik. Çünki onların məlumatları yalandır, şayiədir və real vəziyyəti əks etdirmir”.