XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 February 2021 - 11:52

Təhsil Nazirliyi:"Universitet və kolleclərdə ənənəvi tədris qismən bərpa olunub"

Bu gündən ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub.

Təhsil Nazirliyindən Strateq.az-a verilən məlumata görə, bu gündən etibarən sözügedən təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılacaq.

Qeyd edək ki, digər ixtisaslar üzrə tədris isə distant qaydada davam etdiriləcək.